Tokio-2020-də tennis yarışları davam edir. Matc.az xəbər verir ki, kişilərin mübarizəsində finalçılar müəyyənləşib. ROK-u (Rusiya Olimpiya Komitəsi) təmsil edən Karen Xaçanov Pablo-Karrenyo-Bustaya (İspaniya) set vermədən həlledici görüşə vəsiqə qazanıb.
 
Dünya bir nömrəsi, "Böyük dəbilqə" turnirlərinin 20 qat qalibi Novak Cokoviç isə Aleksandr Zverevlə qarşılaşıb. İlk seti serb tennisçi aktivinə yazdırıb. İkinci setin gedişində Novak bir breyk hesabına 3:2 öndə olmasına baxmayaraq, Zverev geridönüş etməyi bacarıb. Alman raketka ustası setdən 6:3 hesabı ilə qalib ayrılıb. üçüncü setdə üç breyk edən və bütün servis oyunlarından xal çıxaran Zverev Cokoviçi məğlub edərək finala yüksəlib. 
 
Beləliklə, Novak "golden slam" etmək şansını itirib. Bir il ərzində həm bütün "Böyük dəbilqə" turnirlərini, həm də Olimpiadanı qazanmış tennisçilər məhz bu haqqı əldə edirlər. "Australian Open", "Rolan Qarros" və "Uimbldon"da zəfər yaşayan Cokoviç üçün bu mənada real şans yaranmışdı. Lakin artıq bunun ən azından bu il mümkün olmayacağı dəqiqləşdi. 
 
Tennis Kişilər, yarımfinal 
Karen Xaçanov (ROK) - Pablo Karrenyo-Busta (İspaniya) - 2:0 (6:3, 6:3) 
Aleksandr Zverev (Almaniya) - Novak Cokoviç (Serbiya) - 2:1 (6:1, 3:6, 6:1) 
 
Final matçı avqustun 1-də keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest