Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri, "Zirə" klubunun fəxri prezidenti Orxan Məmmədov "Qarabağ"ı Konfrans Liqasında 3-cü mərhələyə adlaması münasibəti ilə təbrik edib. Matc.az xəbər verir ki, Orxan Məmmədov "Tvitter" hesabında bunları yazıb: 
 
"Qarabağ" Futbol Klubunun ölkəmizi Avropada qrup mərhələsində yenə təmsil edəcəyinə ümid edirik. İsraildə səfərdə olan rəsmi nümayəndə heyəti olaraq "Aşdod"la bugünkü (dünənki – red.) oyunu izləməyə fürsətimiz oldu. "Qarabağ" kollektivini növbəti mərhələyə çıxmaq münasibəti ilə təbrik edirəm".
 
Xatırladaq ki, "Qarabağ" "Aşdod"a İsraildə 1:0 hesabı ilə qalib gələrək (Bakıda 0:0) növbəti mərhələyə yüksəlib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest