Tokio-2020-də reqbi-7-də kişilərin mübarizəsinə yekun vurulub.
 
Matc.az xəbər verir ki, finalda Fici və Yeni Zelandiya qarşılaşıb. 27:12 hesabı ilə qələbə qazanan Fici ardıcıl ikinci dəfə Yay Olimpiya Oyunlarının qızıl medalına sahib çıxıb. "Uçan ficililər" Rio-2016-nın da qalibi olmuşdular.
 
Qeyd edək ki, Böyük Britaniyanı 17:12 hesabı ilə məğlub edən Argentina bürünc medala sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest