Tokioda havanın temperaturunun həddindən artıq yüksək olması problemlər yaradır. Daha öncə rus tennisçi Daniil Medvedevin Fabio Fonini ilə görüşdə bu səbəbdən çətinliklə üzləşmişdi. Matc.az xəbər verir ki, tennisdə daha bir bənzər hadisə baş verib.
 
Qadınların mübarizəsində Paula Badosa 1/4 final matçını tamamlaya bilməyib. İstilik səbəbindən onun halı pisləşib. Nəticədə ilk setdə 3:6 hesabı ilə məğlub olan Badosa, ikinci set ərəfəsində qarşılaşmadan imtina edib. İspan raketka ustasını əlil arabasında kortdan uzaqlaşdırıblar. 
 
Qeyd edək ki, Badosa bu gün mikstlərin mübarizəsində də korta çıxmalıdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest