"Oyunu tamamlaya bilərəm, amma ölə də bilərəm. Mən ölsəm, buna görə kim məsuliyyət daşıyacaq?"

Tokio Yay Olimpiya Oyunlarında kişi tennisçilərin mübarizəsi davam edir. Matc.az xəbər verir ki, dünya reytinqinin ikincisi Daniil Medvedev üçüncü mərhələdə Fabio Fonini ilə qarşılaşıb və görüşdən 2:1 (6:2, 3:6, 6:2) hesabı ilə qalib ayrılıb. Rus tennisçi oyunun gedişində hava temperaturunun yüksək olması səbəbindən fiziki problemlərlə üzləşib. O, iki dəfə fizioterapevt çağırmaq məcburiyyətində qalıb.

Oyun zamanı hakim Medvedevdən hər şeyin qaydasında olub-olmadığını soruşub. 25 yaşlı raketka ustasının cavabı belə olub: "Oyunu tamamlaya bilərəm, amma ölə də bilərəm. Mən ölsəm, buna görə kim məsuliyyət daşıyacaq?"

Qeyd edək ki, ikinci setdən sonra oyunçular ekstremal istilik şəraiti ilə bağlı qaydalarda nəzərdə tutulduğu kimi 10 dəqiqəlik fasiləyə yollanıblar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest