Tokio-2020-də qadın tennisçilərin mübarizəsində Karla Suares-Navarro korta çıxıb. Matc.az xəbər verir ki, Suares-Navarro "Uimbldon"un 1/4 finalçısı Ons Jaberi 2:0 (6:4, 6:1) hesabı ilə məğlub edərək mərhələ adlayıb. Bu onun tennisə qayıtdıqdan sonra qazandığı ilk qələbədi. 
Qeyd edək ki, ötən ilin sentyabrında Suares-Navarroya xərçəng diaqnozu (Hodjkin limfoması) qoyulmuşdu. Buna baxmayaraq, 32 yaşlı idmançı qısa müddət ərzində xəstəliyə qalib gəlmiş və 2021-ci ilin may ayında karyerasını bərpa edərək "Böyük dəbilqə" seriyalı "Rolan Qarros" turnirində korta çıxmışdı. Suares-Navarronun növbəti mərhələdəki rəqibi sabiq dünya bir nömrəsi Karolina Plişkova olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest