"Bu il 17 000 km məsafəyə velosiped sürmüşəm, çox ağır təlim-məşq toplanışları keçmişəm. Belə olmamalı idi, amma oldu. 26-cı km-də qrup mənə çatdı. 140-km-də isə dala qaldım"

"Yarış zamanı birdən-birə irəli çıxdım və uzun müddət ilk 8 idmançı sırasında oldum. Amma bəzi yerlərdə ayağımda qıcolmalar baş verdi. Bu, ya havanın isti olmasından, ya da nədənsə oldu". Matc.az xəbər verir ki, bunu Azərbaycan velosipedçisi Elçin Əsədov Tokio-2020 Yay Olimpiya Oyunlarında şose növündə çıxışını dəyərləndirərkən deyib.

34 yaşlı indiyədək belə halla üzləşmədiyini bildirib: "Bu il 17 000 km məsafəyə velosiped sürmüşəm, çox ağır təlim-məşq toplanışları keçmişəm. Belə olmamalı idi, amma oldu. 26-cı km-də qrup mənə çatdı. 140-km-də isə dala qaldım. Sonra buranın qanunlarına görə bir az dala qaldınsa, 5-6 idmançı olanda koronavirus səbəbindən irəli getməyə qoymurlar. Nəticədə hakim bizi dayandırdı".

Əsədov, əslində istiyə qarşı çox dözümlü olduğunu xatırladıb: "Bundan əvvəl Mərakeşdə 45 dərəcə istidə ikinci olmuşam. Bu, olimpiadaya xal qazanan vaxt gerçəkləşib. Burada alınmadı. Səbəbini bilmirəm. Bəzi şeylər var ki, mən onlara özüm aydınlıq gətirməliyəm".

Təcrübəli velosipedçi yarışı yarımçıq dayandırmasından məyusluğunu gizlətməyib: "Olimpiadaya görə 6-7 kq arıqlamışdım. Nə yazıq ki, alınmadı. İstədiyimə nail olub, uğur qazana bilmədim. üzgünəm, amma çalışacağam ki, gələcək yarışlarda bayrağımızı yüksəklərdə dalğalandırım".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest