Kişilərin 66 kq çəki dərəcəsində də sevinən tərəf Yaponiya idmançısı olub. Hifumi Abe həlledici görüşdə gürcü Vaja Marqvelaşvilini vazari balı ilə məğlub edərək Olimpiadanın qalibi olub. An Ba Ul (Cənubi Koreya) və Daniel Karqnin (Braziliya) isə bürünc medallara sahib çıxıblar.

Tokio Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.
 
Matc.az xəbər verir ki, bu gün qadınlarda 52 kq, kişilərdə isə 66 kq çəki dərəcəsində medalçılar müəyyənləşib. 52 kq-da yapon Uta Abe finalda fransız Amandin Büşara ipponla qalib gələrək qızıl medala sahib çıxıb. çelsi Cayls (Böyük Britaniya) və Odette Cuffrida (İtaliya) bürünc medalçılar olublar.
 
Kişilərin 66 kq çəki dərəcəsində də sevinən tərəf Yaponiya idmançısı olub. Hifumi Abe həlledici görüşdə gürcü Vaja Marqvelaşvilini vazari balı ilə məğlub edərək Olimpiadanın qalibi olub. An Ba Ul (Cənubi Koreya) və Daniel Karqnin (Braziliya) isə bürünc medallara sahib çıxıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest