Türkiyənin "Qalatasaray" klubu rumıniyalı yarımmüdafiəçi Aleksandr çikaldaunun transferini bitirib. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
"Universitatya Krayova" klubundan transfer olunan futbolçu ilə 5 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi bu keçidə görə Rumıniya klubuna 6.5 milyon avro ödəyib. çikaldaunu 2026-cı ilin yayından tez transfer etmək istəyən klub buna görə "Qalatasaray"a 25 milyon avro ödəməlidir.
 
Rumıniya yığmasının da üzvü olan çikaldau, 2018-ci ildən "Universitatya Krayova"nın uğurları üçün çalışırdı. 24 yaşlı futbolçu daha öncə "Vitorul Konstanta" komandasında da forma geyinib. O, millidə keçirdiyi 14 oyunda 2 qola imza atıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest