Türkiyənin "Keçiörengücü" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Ankara təmsilçisi nigerli İssa Cibrillanı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı cinah yarımmüdafiəçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
"Keçiörengücü" bu yay "Keşlə"dən azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərlini transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest