Tokio 2020 Yay Olimpiya Oyunlarında bir çox yarışlara start verilib. Matc.az xəbər verir ki, gün ərzində Azərbaycanın 2 cüdoçu3 boksçusu ilə yanaşı, daha 5 idmançısı mübarizə aparacaq. 

İdman gimnastikası

Mübarizə Bakı vaxtı ilə 5:00-da başlayacaq. İlk gündə kişilərin fərdi çoxnövçülük yarışında finalçıların adına aydınlıq gələcək.

ölkəmiz burada İvan Tixonov ilə təmsil olunur.

Şose velosipedi

Şose velosipedi üzrə mübarizə də 6:00-da başlayır. 130 idmançının iştirakı ilə baş tutması gözlənilən yarışda ölkəmiz Elçin Əsədovla təmsil olunacaq.

Atıcılıq

8:00-da kişilər arasında 10 metr məsafəyə atəş açma üzrə təsnifat yarışı start götürəcək. Azərbaycan Tokio 2020 Olimpiya komandasının üzvü Ruslan Lunyov finala vəsiqə qazanmaq üçün ən yaxşı 8 atıcı arasına düşməlidir.

Final 10:30-da başlayacaq.

üzgüçülük

Olimpiya su idmanı mərkəzi 14:00-dan etibarən Tokio 2020 iştirakçılarının ixtiyarına veriləcək.  Hər iki təmsilçimiz - Maksim Şemberev (400 metr məsafəyə qarışıq üsulla üzmə) və Məryəm Şeyxəlizadəxangah (100 metr batterflay) bir gündə  mübarizəyə qoşulacaq. Şemberev təxminən 14:07-də, Şeyxəlizadəxangah isə 14:25-də təsnifat mərhələsini keçməyə çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest