Tokio Yay Olimpiya Oyunlarında bu gün boksçular da mübarizəyə qoşulub. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının 3 üzvü  - Tayfur Əliyev, Lorenzo Sotomayor və Məhəmməd Abdullayev də rinqə çıxıb.  Onlardan ikisi mübarizəni dayandırıbsa, biri növbəti mərhələyə çıxıb.

57 kq
13:36  
1/16 final. Tayfur Əliyev Nquyen Van Duonq (Vyetnam) ilə qarşılaşıb. Asiyalı idmançı 3:2 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlib

69 kq
14:54
1/16 final. Lorenzo Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan). Görüş rəqibin üstünlüyü şəraitində keçib. Madiyevin zərbələri Sotomayorun zədə alması ilə nəticələnib. Üçüncü raundun gedişində hakim döyüşü dayandırmaq məcburiyyətində qalıb. Beləliklə, Rio-2016-nın gümüş medalçısı Sotomayor bu dəfə mübarizəni 1/16 finalda dayandırıb.

+91 kq
15:28  
1/16 final.  Məhəmməd Abdullayev  Bəhreyn boksçusu Denis Latıpovla qarşılaşıb.3:1 hesablı qələbə qazanan idmançımız növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/8 final döyüşünü iyulun 29-da keçirəcək. İdmançımız Özbəkistan təmsilçisi Baxodir Jalolovla qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest