Yunanıstanın "Olimpiakos" komandasının yarımmüdafiəçisi Tanasis Androustos UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, seneqallı futbolçu 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
"Qələbə qazanmaq vacib idi. Təbii ki, qarşıda hələ bir oyunumuz var. Görək, necə olacaq. Bu oyunu təhlil etmək üçün vaxtımız olacaq.
 
Azarkeşləri yenidən tribunada görmək möhtəşəmdir. Onlar bizə əlavə güc verdilər. Möhtəşəm idi".
 
"Olimpiakos" ilə "Neftçi" arasındakı cavab matçı iyulun 28-də Bakıda keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest