"Əhəmiyyətli olan sonda qələbə qazanmaqdı". Matc.az xəbər verir ki, bunu "Olimpiakos" klubunun futbolçusu Georgos Masuras deyib. 
Afina təmsilçisi çempionlar Liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə ilk oyununda qələbə qazandı.
 
Bu barədə danışan Masurasın fikrincə, cavab görüşündə komandası üçün hansısa maneə olmayacaq: "çətinliklər çox idi və demək olar ki, onların öhdəsindən gəlmək olmur. Bu komanda üçün heç bir maneə yoxdu. Bir yumruq olduğumuzda, qorxacaq bir şeyimiz yoxdu. Rəqib bizi yaxşı təhlil etsə də, vacib olan qələbəni əldə etdik".
 
O bildirib ki, "Neftçi" ilə ilk görüşdə problemlər yaşasalar da, ikinci qarşılaşamada daha yaxşı çıxış edəcəklər: "Normalda oyundan oyuna inkişaf edəcəyik".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest