Bu gün Tokio Yay Olimpiya Oyunları çərçivəsində kişi futbolçuların mübarizəsinə start verilib. Matc.az xəbər verir ki, Oyunların rəsmi açılış mərasimi iyulun 23-nə planlaşdırılsa da, ənənəyə görə bəzi idman növləri üzrə yarışlar artıq başlayıb.

Meksika yığması ilk oyunda Fransanı darmadağın edib. İddialılardan Argentina Avstraliyaya uduzub. Braziliya və Almaniya arasındakı qarşılaşmada qapılara 6 top vurulub. Riçarilsonun het-triki və Paulinyonun son dəqiqlərdə vurduğu qola Bundestim yalnız 2 dəfə cavab verə bilib.

A qrupu
Meksika – Fransa  - 4:1 
Veqa, 47; Kordova, 55; Antuna, 80; Aqirre, 90+1 – Gignas, 69  
Yaponiya – CAR   - 1:0
Kubo, 71  

B qrupu
Yeni Zelandiya - Cənubi Koreya  - 1:0 
Vud, 70
Honduras-Rumıniya - 0:1
Olive, 45 (avtoqol)

C qrupu
Misir - İspaniya - 0:0
Argentina – Avstraliya - 0:2

Vales, 14; Tilo, 80

D  qrupu
Kot-Divuar – Səudiyyə Ərəbistanı - 2:1 
Əl-Əmri, 40 (avtoqol); Kessi, 66 – Əl-Davsari, 44
Braziliya - Almaniya   - 4:2
Rişarilson, 7; 22; 30; Paulinyo, 90+4 – Amiri, 57; Axe, 83

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest