Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour"un blits yarışının 6-cı turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi 7 gedişə məğlub edib. Matc.az xəbər verir ki, Məmmədyarov, qələbəsi ilə bağlı "Facebook" səhifəsində fikirlərini bölüşüb:
 
"28 ildir şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Onun oyunları inanılmaz olub.
 
28 ildir hər zaman onunla oyunu gözləyirdim. Və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir.
 
Siz hələ də dostunuzla şahmat oynayanda "bir az tez oyna" deyirsiz? Sizi çox sevirəm, dəstəyiniz üçün. O, bir dahi şahmatçıdır, biz isə tarixin bir parçası".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest