Tokio-2020 Yay Olimpiya Oyunları bütün yarış meydanlarında azarkeşsiz keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə olimpiadanın təşkilinə məsul olan yaponiyalı nazir Tamayo Marukava açıqlama verib.
 
O bildirib ki, Oyunlar paytaxt ərazisində yerli azarkeşlərin iştirakı olmadan təşkil ediləcək. Tamaşaçıların digər prefekturalardakı yarışlara buraxılması isə hazırda təşkilatçılar və yerli hökumət nümayəndələri ilə razılaşdırılır.
 
Qeyd edək ki, Tokio-2020 23 iyul - 8 avqustda keçirilməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest