Tokio-2020 Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiyada fövqəladə vəziyyət elan olunub. Matc.az xəbər verir ki, bu barədə qərarı baş nazir Yesihide Suqa verib. Fövqəladə vəziyyətin elan olunmasına səbəb koronavirus pandemiyasına yoluxma hallarının artmasıdır.
 
Fövqəladə vəziyyət avqustun 22-dək davam edəcək.
 
Bu gün Beynəlxalq Olimpiya Komitəsi (İOC), yarışın təşkilatçıları və şəhər rəhbərliyi tamaşaçıların buraxılması ilə bağlı qərar verməlidir. Yarışların tamamilə azarkeşsiz keçiriləcəyi ehtimal edilir.
 
Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest