Yekun olimpiya təsnifat reytinqində xalların hesablanması triatlonçuların olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı beynəlxalq turnirin nəticələrinə görə toplanıb və buna əsasən müəyyənləşdirilib.

Azərbaycan tarixdə ikinci dəfə Yay Olimpiya Oyunlarında triatlonda təmsil olunacaq. Matc.az xəbər verir ki, milli komandamızın lideri Rostislav Pevtsov lisenziya uğrunda gərgin mübarizədə Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil etmək şərəfinə layiq görülüb.
 
Olimpiya reytinqində 46-ci olan Rostislav olimpiadaya lisenziyanı təmin edib. 
 
Yekun olimpiya təsnifat reytinqində xalların hesablanması triatlonçuların olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı beynəlxalq turnirin nəticələrinə görə toplanıb və buna əsasən müəyyənləşdirilib. 
 
Pevtsov 12 may 2018 - 14 iyun 2021 və 4 yanvar 2021 - 15 iyun 2021 tairxlərini əhatə edən olimpiya təsnifat dövründə ümumilikdə 28 beynəlxalq turnirdə iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest