Tiflisddə təlim-məşq toplanışını davam etdirən qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.
 
Matc.az xəbər verir ki, yerli vaxtla saat 19:00-da başlayacaq qarşılaşmada Azərbaycan yığması Gürcüstan millisi ilə üz-üzə gələcək.
 
Bu komandalar arasında iyunun 11-də keçirilən ilk qarşılaşma 3:2 hesabı ilə Gürcüstan millisinin xeyrinə nəticələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest