Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar Turunun 6-cı mərhələsinə yekun vurulub.
 
Matc.az xəbər verir ki, "The FTX Crypto Cup" adı verilən bu turnirin yarımfinalında uduzan Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncü yer uğrunda Yan Nepomnyaşi ilə mübarizə aparıb.
 
Azərbaycanlı qrossmeyster Rusiyadan olan rəqibi ilə ilk oyun günündəki 4 partiyanın hamısından heç-heçə ilə ayrılmışdı – 2:2. Sonuncu gündə baş tutan görüş isə Teymur üçün uğursuz alınıb – 1.5:2.5. Beləcə, Rəcəbov bu turnirdə dördüncü yerlə kifayətlənib.
 
Xatırladaq ki, Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov da "The FTX Crypto Cup"da mübarizəni təsnifat mərhələsində dayandırmışdı.
 
Finalda Maqnus Karlsen ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Gərgin keçən görüşün qalibi norveçli şahmatçı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest