Futbol üzrə Türkiyə kubokunun final matçına azarkeşlər buraxılacaq.
 
Matc.az xəbər verir ki, bu barədə Türkiyə Fubol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
 
Mayın 18-də, "Beşiktaş"la "Antalyaspor" komandaları arasında "Gürsəl Aksel" stadionunda keçiriləcək final matçına stadionun tutumunun üçdə biri qədər azarkeş buraxılacaq.
 
Mayın 18-də keçiriləcək "Beşiktaş" – "Antalyaspor" matçına saat 21:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest