Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı 5-ci mərhələsində ilk yarımfinal görüşlərini keçirib.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar Turunun "New In Chess" adlı 5-ci mərhələsində ilk yarımfinal görüşlərini keçirib.
 
Matc.az xəbər verir ki, 36 yaşlı qrossmeyster bu raundda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb.
 
Mübarizəyə qara fiqurlarla başlayan Məmmədyarov ilk partiyada uduzsa da, növbəti görüşdə ağ fiqurlarla qələbə qazanıb. Son 2 partiyada da rəqibinə uduzan şahmatçımız, finala çıxmaq şansını azaldıb.
 
1/4 finalda Teymur Rəcəbovu mübarizədən kənarlaşdıran Maqnus Karlsen isə yarımfiinala heç-heçə ilə başlayıb. Dünya çempionu Ermənistan şahmatçısı Levon Aronyanla 2:2 hesablı sülhə razılaşıb.
 
Yarımfinalın digər görüşləri aprelin 30-da keçiriləcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
 
Yarımfinal
29 aprel
 
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ) - 1:3
 
Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan) - 2:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest