Futbol üzrə Azərbaycan Birinci Divizionunda 22-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
"Kəpəz" doğma meydanda MOİK-ə uduzub. "Zaqatala" isə səfərdə "Qarabağ"ın əvəzedici komandası üzərində qələbə qazanmaqla zirvədəki mövqeyini qoruyub.
 
Birinci Divizion
22-ci tur
18 aprel
 
Kəpəz – MOİK 1:3
Qol: Röyal Əhmədov, 17 – Əlibəy Məmmədli, 48. Zahir Xanhüseynli, 88. Elvin Nəsibov, 90+8.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu, 15:30.
 
Qarabağ-2 – Zaqatala 1:2
Qol: Kamran Məmmədov, 80 – Xəlil Bəşirov, 12. Nicat Oruclu, 75.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Elman Kərimov, Fərid Hacıyev
"ASCO Arena", 16:00.
 
Turun digər oyunları:
 
Keşlə-2 – Sabah-2 3:0
Sumqayıt-2 – Neftçi-2 0:4
Qaradağ Lökbatan – Turan Tovuz 1:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest