D liqasının III qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri səfərdə uduzmasa, startda məğlubiyyətsiz oyunlar seriyasını 3-ə çatdıracaq. Bu isə rəsmi turnirlər üçün rekordun təkrarıdı. Yığmamız yalnız bir dəfə startda ardıcıl 3 matçda uzumayıb. Bu, DÇ-2018-in seçmə mərhələsində baş verib.
Malta millisinin UEFA Millətlər Liqasında Kosovo və Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb. Siyahıya 24 futbolçu salınıb. Baş məşqçi Rey Farrucianın dəvət etdiyi oyunçulardan yalnız biri - Andre Şembri legioner həyatı yaşayır.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.