"Çox xoşbəxtəm və minnətdarlıq hissimin izahını verə bilmirəm. İnandığınız şeylər üçün mübarizə aparmağa və taleyimizi Allaha etibar etməyə həqiqətən dəyər".
Ağasəlim Mircavadov 5, Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyevin 3 qızıl medalı var. Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Haciyevski, Kaxaber Sxadadze və Arif Əsədov bir dəfə belə uğura imza atıb.
Çempionluq sayında rekordçu olan "Neftçi"dən başqa, "Qarabağ" 8, "Kəpəz" 3, "Şəmkir", "Bakı" və "İnter" (indiki "Keşlə") hərəyə 2, "Turan"la "Xəzər Lənkəran" hərəyə 1 dəfə zirvəyə sahib olub.
"Bu cür sonluq futbola sevgini daha da artırır. Belə hallar olur. Məğlubiyyətə də hazır olmalıyıq. Uduzmağı da bacarmaq lazımdır. Bu, futbolun prinsiplərindən biridir. Hər zaman uğur əldə etmək olmur"
Azərbaycan Premyer Liqasının 28-ci turunun "Keşlə" - "Qəbələ" oyunundan (3:1) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
İndiyədək baş məşqçi kimi qarşılaşdıqları 18 oyunun 13-də Qurbanov, 2-də Abasov qələbəyə sevinib. 3 görüşdə isə heç-heçə qeydə alınıb. Göründüyü kimi, bir vaxtlar millimizdə komanda yoldaşı olmuş bu mütəxəssislərdən Qurban Qurbanovun aşkar üstünlüyü var.
Stuxlik görüşün 4-cü hakim Kamal Umudlunun yan xətt hakimi kimi praktikasının olmadığını söyləyib. O bildirib ki, baş hakim Elçin Məsiyevi zədə alacağı təqdirdə, yalnız Umudlu əvəz edə biləcək.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.