Beləliklə, 3 qızıl və 1 gümüş medal qazanan yığmamız 119 xal toplayaraq komanda hesabında Avropa 3-cüsü olub. Rusiya (185) birinci, Türkiyə (126 kq) isə ikinci yeri tutub.
Turan Bayramov qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbəylə start verib. Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Turan adını yarımfinala yazdırıb.
Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən Heybətov finala vəsiqə qazanıb.
Sabir Cəfərov (65 kq) təsnifat mərhələsində Slovakiya dmançısını vaxtından əvvəl məyus edib. O, daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. 1/4 finalda Türkiyə güləşçisi üzərində də böyükhesablı qələbəyə sevinən Cəfərov yarımfinala yüksəlib.
İdmançımız braziliyalı Gilyerme Rodriqo Ferreyra ilə qarşılaşıb. 77 kq çəki dərəcəsində mübarizə aparan Pərviz bu döyüşdən qələbə ilə ayrılıb. Təmsilçimiz "Yahya Kemal Beyatlı Göstəri Mərkəzi"ndə baş tutan qarşılaşmada cənubi amerikalı rəqibini məğlubiyyətə uğradıb.
Beləliklə, Şərifov adını finala yazdırıb. Millimizin üzvü bu gün həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini 4:0 hesabıyla məğlub edən təcrübəli pəhləvanımız Yaşar Doğu turnirinin qalibi olub.
Bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib.
Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.