Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib. Matc.az xəbər verir ki, turun açılış matçında qarşılaşacaq "Səbail"lə "Keşlə"nin oyununu Rauf Cabbarov idarə edəcək.
Mətbuat konfransı zamanı "Sabah" klubunun baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilib.
5 matçlıq seriyanı dayandıran "Keşlə" 135 günlük qələbə həsrətinə son qoyub. Qurbanovun yetirmələri sonuncu dəfə ötən mövsümün mayın 19-da keçirilən son turunda "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etmişdi.
Premyer Liqanın 6-cı turunun "Səbail" - "Neftçi" görüşündən öncə keçirilən mükafatlandırma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, "Səbail" PFK-nin Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və klubun icraçı-direktoru Fərəc Əliyev iştirak edib.
Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində baş tutan "Sumqayıt"la ev oyununda (1:0) meydana çıxan İlkin Muradov "Zirə"nin heyətində 100-cü matçını keçirib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.