"Yuventus" bu yay "Sassuolo"dan transfer etdiyi Merih Demiralı icarəyə verə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qoca sinyora" gənc oyunçunun təcrübə toplaması üçün bu addımı atmaq niyyətindədi.

Türkiyə millisinin üzvü ilə hazırda 3 klub maraqlanır. Bunlar "Milan", "Atletiko" və "Mançester Yunayted"di. İlk iki klub 21 yaşlı mərkəz müdafiəçisini icarəyə götürmək üçün müraciət etsə də, "qırmızı şeytanlar"ın qərarı "Lester"li Qari Maquayrın transfer edilib-edilməməsindən asılıdı.

Qeyd edək ki, "Yuventus" Merih Demiralı 18 milyon avroya transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest