"Riqa" ilə oyun bizim üçün drammatik alındı. Futbolçularımız əsl xarakter nümayiş etdirdilər". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un məşqçisi Ruadri Hiqqins deyib.

çempionlar Liqasının I təsnifat mərhələsində "Riqa"nı penaltilər seriyası ilə keçən İrlandiya çempionu növbəti raundda "Qarabağ"la qarşılaşacaq. Yerli mətbuata açıqlamasında cütlüyü dəyərləndirən baş məşqçinin köməkçisi "Qarabağ" barədə müsbət fikirlər səsləndirib.

Buna baxmayaraq, 35 yaşlı mütəxəssis növbəti mərhələ şanslarının olduğunu vurğulayıb: "Lovğalıq kimi çıxmasın, "Qarabağ"a qarşı ev matçının hazırlığına çoxdan başlamışıq. İlk gündən bütün potensial rəqiblərimiz barədə araşdırma aparmışıq. Gələn həftə daha bir addım atacağıq. "Qarabağ" fantastik komandadı, hücum futbolu sərgiləyir. Daha çox irəliləmək istəyiriksə, vaxt itirmədən bərpa olunmalı və qarşıdakı oyunun hazırlığına maksimum şəkildə hazırlaşmalıyıq".

Qeyd edək ki, "Qarabağ"la "Dandolk" arasında ilk oyun iyulun 24-də Dandolkdakı "Oriel Park" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest