"Yuventus"un qapıçısı Mattia Perin "Benfika"ya keçməyə çox yaxın idi. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, transfer son anda baş tutmayıb.

"Benfika"nın Portuqaliyaya çağırdığı və tibbi müayinədən keçirdiyi 26 yaşlı qolkiperin zədəli olduğu müəyyənləşib. Futbolçunun İtaliyaya qayıtdığı və zədəsini sağaltdıqdan sonra yenidən "Benfika" üçün tibbi müayinədən keçəcəyi bildirilir.

"Benfika"nın bu transfer üçün Turin təmsilçisinə 15 milyon avro ödəyəcəyi deyilirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest