Türkiyə PTT I liqasında X turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün formasını geyindiyi "Giresunspor" ev görüşünə çıxıb.

Komanda autsayderlər zonasında qərarlaşan "Balıkesirspor"u qəbul edib. 0:0 hesabı ilə başa çatan qarşılaşmada Kökcü start heyətində yer alıb. Millimizin üzvü yalnız 79-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Giresunspor" hazırda 14 xalla 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest