"İnter" "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunun transferində israrını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar belçikalı forvardın keçidində heç cür ortaq məxrəcə gələ bilmir.

"Qırmızı şeytanlar"ın 80 milyon avro tələb etməsi transferi düyünə salıb. Artıq "neradzurra" alternativ variantlar axtarmağa başlayıb. Bir tərəfdən ingilislərin endirimini gözləyən A seriyası təmsilçisi digər tərəfdən də PSJ-nin hücumçusu Edinson Kavani ilə danışığa başlayıb. Milanlılar yaxın günlərdə Lukaku məsələsində müsbət nəticə əldə edə bilməsə, bütün diqqətini Kavaniyə yönəldəcək.

Qeyd edək ki, Kavaninin PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest