"Qazaxıstanda olmuşam. Bu üzdən Azərbaycan mənim üçün yeni ölkə olacaq. Çempionlar Liqasında mərhələ adlamaq əladı. Bu, İrlandiya çempionatında çıxış edən futbolçu üçün yüksək pillədi. "Qarabağ" çox güclü komandadı".

"Qazaxıstanda olmuşam. Bu üzdən Azərbaycan mənim üçün yeni ölkə olacaq". Matc.az saytı xəbər verir ki, bunu "Dandolk"un qapıçısı Qari Rojer deyib.

çempionlar Liqasının I təsnifat mərhələsində "Riqa"nı penaltilər seriyası ilə üstələyən İrlandiya çempionu II raundda "Qarabağ"a rəqib olub.

Yerli mətbuata açıqlama verən Rojer "Qarabağ" barədə məlumatlı olduğunu söyləyib: "çempionlar Liqasında mərhələ adlamaq əladı. Bu, İrlandiya çempionatında çıxış edən futbolçu üçün yüksək pillədi. "Qarabağ" çox güclü komandadı. Ancaq biz də güclüyük və bunu əvvəllər göstərmişik".

Qeyd edək ki, "Qarabağ"la "Dandolk" arasında ilk oyun iyulun 24-də Dandolkda, cavab matçı isə 31-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest