"Lion"un hücumçusu Nabil Fekir İspaniyaya köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü "Valensiya"ya keçmək üzrədi.

La Liqa təmsilçisi bu keçidin reallaşması üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdı. Hazırda klublar arasında danışıqlar davam edir. Ancaq 26 yaşlı oyunçu ilə İspaniyanın digər təmsilçisi "Betis" də maraqlanır.

Qeyd edək ki, "Lion"la müqavilə müddəti gələn ilin yayına qədər olan Nabil Fekir komandadan ayrılmaq niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest