çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la cavab qarşılaşmasından sonra "Partizani"nin baş məşqçisi Franko Lerda Albaniya mətbuatına qısa müsahibə verib. Matc.az xəbər verir ki, sual-cavabın erkən bitməsinə səbəb sualların sərtliyi olub.

Belə ki, Albaniya millisinin müdafiəçisi Lorents Traşinin hər iki görüşdə ehtiyatda qalmasını qəbul edə bilməyən jurnalist Pano Cico baş məşqçidən bunun cavabını tələb edib.

- Traşinin ehtiyatda qalması sizin, yoxsa klubun qərarı idi?

- "Klubun qərarı" deməklə nəyi nəzərdə tutursunuz? Bu nə sualdı?

- Traşi millinin üzvüdü...

- Nə demək istəyirsiniz?

- Deməli, texniki seçimdi?

- Baş məşqçi mənəm də seçimi də özüm edirəm. Klubun buna müdaxiləsi olmur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest