Almaniyanın "Ersgebirge" klubu növbəti mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu 2-ci Bundesliqa təmsilçisi Almaniyanın elita təmsilçisi "Herta" ilə qarşılaşıb. 
 
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1. 
 
Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 62-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da 41-ci dəqiqədə Dmitri vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest