"Məşqçilər harda desə, həmin mövqeydə özümü doğrultmağa çalışıram. Rəqib çox müdafiə olunurdu və çalışırdım ki, daha çox boş hissə buraxsınlar"

"Qarabağ"ın yarımmüdafiəçisi Araz Abdullayev UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu "Partizani"yə qarşı keçirdikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matla bağlı öncə bunları söyləyib:
 
- Bilirdik ki, bu komanda intizamlı müdafiə olunur. Belə müdafiəni yarmaq asan deyil. Ancaq komanda şəklində bunu bacardıq.
 
- Qol vura bilməməyiniz sizi həyəcanlandırmırdı?
- Komanda daxilində danışmışdıq ki, qol vurmasaq, sona qədər sakit və səbirli olaq. 
 
- ötən mövsüm "Vorskla" ilə oyunda da hücumçu kimi çıxış etmişdin. Bu mövqeydə özünü narahat hiss etmirsən?
- Xeyr, məşqçilər harda desə, həmin mövqeydə özümü doğrultmağa çalışıram. Rəqib çox müdafiə olunurdu və çalışırdım ki, daha çox boş hissə buraxsınlar.
 
- 2-ci təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubu ilə qarşılaşacaqsız. "Riqa"nı arzu edirdiniz, yoxsa "Dandolk"u?
- Mərhələ keçən klublar ciddi rəqbilərdi. Yaxşı hazırlaşmalı və səfərdən sərfəli hesabla dönməliyik.
 
- Favorit "Qarabağ" görünür. "Dandolk"u keçəcəyinizə inanırsınız?
- çalışacağıq ki, bunu bacaraq. öncədən danışmaq istəməzdim. Qələbə üçün hazırlaşacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest