İspaniyanın "Atletiko" klubu növbəti transferini həyata keçirib. Matc.az xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin "Tottenhem" klubunun müdafiəçisi Kiran Trippyeri heyətinə cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı ingilis futbolçu ilə 3 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi karyerasınd ilk dəfə İngiltərədən kənarda oynayacaq.
 
İspaniya mətbuatı bu transfer üçün "Atletiko"nun 22 milyon avro təzminat ödəyəcəyini yazıb.
 
Qeyd edək ki, Trippyer ötən mövsüm 38 matçda 1 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
 
Trippyer "Atletiko"nun bu yay aldığı 7-ci yeni futbolçudu. Madrid klubu daha öncə Felipe Monteyro, Renan Lodi, Markos Lyorente, Hektor Herrera, Joao Feliks və İvan Şaponyiçi transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest