Dortmund "Borussiya"sı yeni sponsorluq müqaviləsi bağlayıb. Matc.az saytı xəbər verir ki, Bundesliqa təmsilçisi "Puma" ilə əməkdaşlığı uzatmaq qərarına gəlib.

Avadanlıq istehsalçısı ilə yeni müqavilənin müddəti 10 ili əhatə edəcək. Bu müddətdə klubun qazancı 300 milyon avro olacaq.

Qeyd edək ki, "Borussiya"nın hazırkı müqavilə müddəti 2022-ci ilə qədərdi və dortmunluların illik qazancı 9 milyon avrodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest