"Barselona" daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Rafinya karyerasını başqa klubda davam etdirəcək.

Yarımmüdafiəçi "Valensiya"ya keçməyə çox yaxındı. Klublar arasında danışıqlar artıq son mərhələdədi. Rafinya bu həftənin şənbə günü yeni komandasına qoşulmağa ümid edir. çünki həmin gün "Barselona" təlim-məşq toplanışı üçün Yaponiyaya yollanacaq. Bu keçidin kataloniyalılara 15 milyon avro qazandırması gözlənilir. "Yarasalar" həmin məbləği 3 il ərzində ödəməyi planlaşdırır.

Qeyd edək ki, "Barselona"da 2011-ci ildə debüt edən Rafinya bu müddət ərzində 87 matçda iştirak edib, 12 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest