"Nyukasl" yeni baş məşqçisi Stiv Bryusla münasibətləri rəsmiləşdirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 58 yaşlı mütəxəssis rəsmi sözləşməyə qol çəkib.

Belə ki, "Şeffild Uenzdi"nin sabiq çalışdırıcısı "sağsağanlar"la 3 illik müqavilə imzalayıb və komandanın "sükanı arxası"na keçib. O, bu postda çinə yollanan Rafael Benitesi əvəzləyib.

Qeyd edək ki, Stiv Bryus daha əvvəl "Sanderlend"də də çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest