"Bavariya" növbəti transferini reallaşdırıb. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə bəyan edib.

Bundesliqa çempionu Almaniyanın gənclərdən ibarət yığmasının və "Ştutqart"ın hücumçusu Leon Dayakunu heyətinə qatıb. 18 yaşlı forvard yeni komandası ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Ştutqart"ın yetirməsi olan Dayaku ötən mövsüm əsas komandada 2 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest