"Real"ın futbolçusu Qaret Beyl fikrini dəyişib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, uelsli hücumçu artıq komandadan ayrılmaq niyyətindədi.

Bu məqsədlə ulduz futbolçunun meneceri Conatan Barnett rəhbərliklə görüşüb. Ancaq menecer Beylin havayı ayrılmasına çalışır. O, bununla "kral klubu"nun yüksək maaş ödəməkdən qurtulacağını düşünür.

Beylin hazırda vergilərlə birlikdə illik qazancı 30 milyon avrodu. Onun 2022-ci ilin yayına qədər müqaviləsi davam etdiyini nəzərə alsaq, "Real" oyunçunu yola salmaqla, 90 milyon avro ödəməkdən qurtulmuş olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest