"Bavariya"nın hücumçusu Robert Levandovski klubun transfer siyasətindən narazıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, polşalı forvard heyətin güclənməməsindən narahatdı.

O, titullar qazanmaq üçün yeni oyunçulara ehtiyac duyduqlarını söyləyib: "Əgər yüksək səviyyədə çıxış etmək və titullar qazanmaq istəyirsənsə, heyəti gücləndirməlisən. Bu səbəbdən transferlər gözləyirik. Əks təqdirdə, titul uğrunda mübarizə aparmaq çətin olacaq. Rəhbərliyin və bu işlə məşğul olanların istedadlı gəncləri və dünyanın ən güclü oyunçuları arasında olanları transfer edəcəyinə inanıram. ümid edirəm ki, bu, yaxın günlərdə baş verəcək".

Qeyd edək ki, "Bavariya" yay fasiləsində hələlik Lukas Ernandes (80 milyon avroya), Benjamin Pavar (35 milyona) və Yan-Fit Arpı (3 milyona) heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest