"Barselona" daha bir futbolçunu transfer etməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu "Betis"in müdafiəçisi Ektor Firpoya göz dikib.

Sol cinahda Xordi Albaya alternativ axtarışında olan La Liqa çempionu Firponun buna uyğun olduğunu düşünür. "Barsa" Junior kimi tanınan oyunçunun keçidi müqabilində 25 milyon avrosundan keçməyə hazırdı. 23 yaşlı müdafiəçinin sərbəst qalma məbləği 50 milyon avro olsa da, "Betis" onu 25-30 milyona satmağa hazırdı.

Qeyd edək ki, Ektor Firpo bir müddət əvvəl "Real"ın da maraq dairəsində idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest