Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununu keçiib. "Qırmızı-qaralar" yerli "Boluspor"la qarşılaşıb. Bu, toplanış çərçivəsində son sınaq olub.

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununu keçirib. Matc.az saytının məlumatına görə, "qırmızı-qaralar" yerli "Boluspor"la qarşılaşıb.

Bunadək Ukrayna təmsilçiləri "Mariupol" (2:1) və "Vorskla" (1:3) ilə qarşılaşan Sənan Qurbanovun yetirmələrinin bu, toplanış çərçivəsində son sınağı olub. Qarşılaşma isə "Qəbələ"nin qələbəsiylə yekunlaşıb.

Bu matçla Bolu toplanışını başa vuran "Qəbələ" ardınca vətənə dönəcək.

 

Yoxlama görüşü

17 iyul

17:00. "Boluspor" (Türkiyə) - "Qəbələ" 1:2
Qol: Yasin Dülger, 90 - Merab Qiqauri, 19. Klesio, 47.
Bolu. "Koru" otelinin meydançası

Qəbələ: Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Rasim Ramaldanov, Qismət Alıyev, Merab Qiqauri, David Volkov, Klesio, Fernan Lopez, ülvi İsgəndərov, Kristian.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest