Transfer bazarının fəal komandalarından olan "Real" bir neçə oyunçusu ilə vidalaşacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Luka Modriç də komandasını dəyişə bilər.

Xorvatiyalı ulduz futbolçunun "Milan"a keçməsi istisna deyil. Oyunçunun meneceri Vlado Lemiç bununla bağlı "Milan" rəhbərliyi ilə görüşüb. Onların "rossonyerlər"dən tələbi "Qızıl top" sahibinin komandanın lideri olmasıdı. Bu transferdə yeganə maneə futbolçunun maaşıdı. "Milan" hazırkı durumda ona 12 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Luka Modriçin "Real"la müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest