İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Kataloniya klubu "Eybar"dan Mark Kukurelyanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə bağlanılan müqavilənin müddəti və digər detalları açıqlanmır. Sadəcə, bu transferə görə "Eybar"a 4 milyon avro təzminat ödəniləcəyi bəyan olunub.
 
İspaniyalı futbolçu "Barselona"nın öz yetirməsidi. Kataloniya klubu onu 2018-ci ilin yayında "Eybar"a satmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest