Türkiyənin "Fənərbaxça" klubu yeni transfer etdiyi kosovolu hücumçu Vedat Muriqinin qarşılığında "Rizəspor"a verdiyi futbolçuların adını açıqlayıb. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi Muriqinin əvəzində 4 gənc futbolçusunu Rizə klubuna göndərib.
 
Bunlardan Tarık çetin, Burak Albayrak və Mahsun çapkan transfer hüququ ilə birgə "Rizəspor"a satılıb. Oğuz Kağan isə 1 illik icarəyə göndərilib.
 
"Fənərbaxça" bir neçə gün öncə "ümraniyəspor"dan aldığı Yasir Subaşını da "Kayserispor"a satdığını rəsmən açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest